Kamandan oxatanımız bürünc medal aldı

Kamandan oxatanımız bürünc medal aldı

Azərbaycan Respublikası Paralimpiya Milli komandasının kamandan oxatma idman növü üzrə idmançıları iyunun 22-28-də beynəlxalq yarışda iştirak ediblər. Paralimpiya komitəsindən olimpnews.az-a daxil olan məlumata görə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallıqlarının Stoke Mandeville şəhərində keçirilən komanda və fərdi yarışlarında idmançılarımız Cahan Musayev, İlqar Abbasov, Zinyət Vəliyeva, Əli Nəbiyev və Əhməd Yusifov təmsil ediblər.
Kamandan oxatma idmanının növünün fərdi yarışlarında idmançılarımızdan Abbasov İlqar və Vəliyeva Zinyət qazandıqları şəxsi nəticələrlə 4-cü yerə layiq görülüblər. Komanda yarışlarında da qüvvəsini sınayan idmançımız. Z.Vəliyeva bürünc medala layiq görülüb.