Bəxtiyar Hacıyev: “Hər iki idmançımız böyük əzmkarlıq göstərdi”

Bəxtiyar Hacıyev: “Hər iki idmançımız böyük əzmkarlıq göstərdi”

Samboçularımızın Oyunların ilk günündə iki bürünc medal qazanması bizi çox sevindirir. Düzdür, mən hər iki samboçumuzu qızıl medalçı kimi görmək istəyirdim. Lakin belə bir böyük idman yarışında bürünc medal da qələbə deməkdir.
Bu sözləri "olimpnews.az” saytına açıqlamasında sambo üzrə yığma komandamızın baş məşqçisi Bəxtiyar Hacıyev bildirib. 
"Hər iki idmançımız böyük əzmkarlıq göstərdi. Əsas da Mehman Xəlilov. Mehman həlledici görüşdə  ermənistanlı idmançı üzərində qalib gələrək bürünc medala sahib çıxdı. Zala toplaşan azərbaycanlı azarkeşlər hər iki idmançımıza böyük dəstək göstərirdilər. Bu dəstək əsasən, Mehman Xəlilovda çox böyük ruh yüksəkliyi yaratdı. Mehmana ermənistanlı idmançı üzərində qələbədə fiziki hazırlığı ilə yanaşı, dəstək və məsuliyyət çox kömək oldu. Sabah digər samboçularımız da mükafatlar uğrunda mübarizəyə başlayacaqlar. Həmin idmançılarımıza uğurlar arzulayıram. Bizi dəstəkləyən həsr kəsə minnətdarlığımı bildirirəm”, - deyə Bəxtiyar Hacıyev qeyd edib.