Gimnastlarımızdan növbəti medal

Gimnastlarımızdan növbəti medal


İyunun 22-də II Avropa Oyunlarının akrobatika gimnastika yarışında Azərbaycan təmsilçiləri millimizin aktivinə daha bir medal yazdırıblar.
Minsk-2019-da balans hərəkətləri üzrə qarışıq cütlüklərin yarışında mübarizə aparan Ruhidil Qurbanlı - Abdulla Əl-Məşayxi cütlüyü 28,160 xal toplayaraq ikinci Avropa Oyunlarının bürünc medalına sahib olub.
Bu kateqoriyada qızıl medalı Belarus təmsilçiləri – Artur Beliakov və Volna Melnik cütlüyü qazanıb. Belaruslu idmançılar 29,490 xal toplayıblar. Gümüş medala isə 29,230 xal toplayan Viktoriya Aksenova – Kiril Startsev dueti layiq görülüb.
Xatırladaq ki, Minsk-2019-da komandamızın aktivinə ilk medalı da məhz Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi yazdırıblar. Gimnastlarımız dinamik hərəkətlər üzrə qarışıq cütlüklərin yarışında 28,830 xal toplayaraq gümüş medala layiq görülüblər.