Minsk-2019-un ikinci gününün medal sıralaması

Minsk-2019-un ikinci gününün medal sıralaması

Belarusun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunların ikinci gününə yekun vurulub. Azərbaycan idmançıları yarışların ikinci günündə 4 (1 gümüş, üç bürünc) medal qazanıblar. Komandamız medal sayına görə 10-cu pillədə qərarlaşıb. Ümumilikdə 20 ölkənin idmançıları medal qazanıblar. Siyahının ilk pilləsində 18 (9-5-4) medal qazanan Rusiya komandası qərarlaşıb. Yarışlara ev sahibliyi edən Belarus komandası 14 (4-2-8) medalla ikinci pillədə yer alıb. Gürcüstan komandası isə 10 (3-3-4) medalla üçüncüdür.