Badmintonçumuzun Minsk-2019-da keçirəcəyi görüşlərin vaxtı müəyyənləşib

Badmintonçumuzun Minsk-2019-da keçirəcəyi görüşlərin vaxtı müəyyənləşib

Minskdə keçirilən II Avropa Oyunlarının badminton yarışında ölkəmizi təmsil edəcək Ezmi Qovimuramadhoninin qrup mərhələsində keçirəcəyi görüşlərin ardıcıllığı müəyyənləşib.
G qrupunda yarışacaq badmintonçumuz ilk turda Rumıniya idmançısı Kollins Valentin Filimon ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 24-də oynanılacaq. E.Qovimuramadhoni qrup mərhələsinin ikinci turunda növbəti görüşünü iyunun 25-də lüksemburqlu Robert Manna qarşı keçirəcək. Təmsilçimizin bu mərhələdə sonuncu oyunu iyunun 26-da qrupun reytinq favoriti Rusiya idmançısı Vladimir Malkov ilə olacaq.
Turnirin reqlamentinə əsasən qrup mərhələsində ilk iki yeri tutan badmintonçu səkkizdəbir final mərhələsinə vəsiqə qazanacaq.
Minsk-2019-da badminton yarışları iyunun 24-30-da keçiriləcək. Oyunlar 2016-cı ildə istifadəyə verilən "Falcon club” arenasında baş tutacaq.
Kişilərin şəxsi kateqoriyasında ümumilikdə 32 badmintonçu II Avropa Oyunlarının medalları uğrunda mübarizə aparacaq.