Akrobatika gimnastlarımızın növbəti uğuru

Akrobatika gimnastlarımızın növbəti uğuru

İyunun 23-də Minsk-2019-un üçüncü günündə akrobatika gimnastlarımız ikinci Avropa Oyunlarında üçüncü medallarını qazanıblar.
Akrobatika gimnastikası yarışındakı təmsilçilərimiz Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü qarışıq hərəkətlər üzrə qarışıq komandaların yarışında 29,540 xal toplayaraq oyunların gümüş medalına sahib olub.
Rusiyanı təmsil edən Viktoriya Aksenova - Kiril Startsev dueti 29,580 xalla ikinci Avropa Oyunlarının çempionu olub. Bürünc medala 29,420 xal toplayan Volna Melnik - Artur Belakurov cütlüyü (Belarus) layiq görülüb.
Xatırladaq ki, bu, Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxinin "Minsk 2019"da üçüncü medallarıdır. İdmançılarımız ötən gün bir gümüş və bir bürünc medal qazanıblar.