“Qələbə üçün bütün gücümü səfərbər etdim”

“Qələbə üçün bütün gücümü səfərbər etdim”

Minskdə keçirilən II Avropa Oyunlarının cüdo yarışlarında ölkəmizə bürünc medal qazandıran Hidayət Heydərov yarış başa çatdıqdan sonra olimpnews.az saytına öz fikirlərini bildirib. O deyib:"Qələbə üçün bütün gücümü səfərbər etdim. Görüşlərimdə fərqli rəqiblərimlə üz-üzə gəldim. Lakin ən maraqlısı ermənistanlı və Olimpiya çempionu olan cüdoçularla keçirdiyim qarşılaşma oldu. Doğrusunu desəm, rəqimlərim təcrübəli idilər. Çıxışımdan razıyam. Amma çempion olmaq da pis olmazdı. Məni arenada dəstəkləyənlərin hər birinə öz minnətdarlığımı bildirirəm.