MOK-un vitse-prezidenti Minsk-2019-da ilk medalları qazanan atletlərimizlə görüşüb

MOK-un vitse-prezidenti Minsk-2019-da ilk medalları qazanan atletlərimizlə görüşüb


II Avropa Oyunlarında iştirak edən Azərbaycan atletləri Milli Olimpiya Komitəsinin rəhbərliyinin diqqət mərkəzindədir. Oyunlarda çıxış edən hər bir idmançıya xüsusi qayğı ilə yanaşılır, qarşıya çıxan problemlərin həlli üçün dərhal lazımi tədbirlər görülür.
Medal qazanan idmançılarla Atletlər Kəndində görüşlər keçirilir, digər idmançıların da uğur qazanmaları üçün onlara mənəvi dəstək verilir.
Xəbər verdiyimiz kimi, II Avropa Oyunlarında akrobatika gimnastikasında təmsilçilərimiz Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü qarışıq hərəkətlər üzrə qarışıq komandaların yarışında iki gümüş və bir bürünc medal qazanıblar. İyunun 23-də Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yarışlarda fərqlənən idmançılarımız Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi ilə görüşmüşdür. MOK-un vitse-prezidenti II Avropa Oyunlarında milli komandamıza ilk medalları qazandıran atletlərimizi təbrik etmiş, onlara daha böyük uğurlar arzulamışdır.