Badmintonçumuz Minsk-2019-a qələbə ilə başladı

Badmintonçumuz Minsk-2019-a qələbə ilə başladı


Belarusun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunlarının badminton yarışlarının birinci günü Azərbaycan təmsilçisi üçün uğurlu olub. Yarışların birinci günündə kişi badmintonçuların fərdi mübarizəsində qrup mərhələsinin oyunları başlayıb. Bu yarışda Azərbaycanı təmsil edən Ezmi Qovimuramadhoni G qrupunda ilk oyununu keçirib. Rumıniya idmançısı Kollins Valentin Filimon ilə qarşılaşan idmançımız qalib gəlib - 2:1 (21:19, 18:21, 21:10). Təmsilçimiz qrupda iyunun 25-də lüksemburqlu Robert Mann, bir gün sonra isə Rusiya idmançısı Vladimir Malkov ilə qarşılaşaq.
Turnirin reqlamentinə əsasən, qrup mərhələsində ilk iki yeri tutan badmintonçu səkkizdəbir finala vəsiqə qazanacaq.