Ozay Qasımova da ikinci Avropa Oyunları ilə vidalaşdı

Ozay Qasımova da ikinci Avropa Oyunları ilə vidalaşdı

İyunun 25-də kamandan oxatma yarışlarında 32 final mərhələsinin oyunları keçirilib. Ölkəmzi bu idman növündə təmsil edən Ozay Qasımova Almaniya təmsilçisi Yelena Rixter ilə qarşılaşıb. Təəssüf ki, kamandan oxatanımız bu görüşdə məğlub olaraq (0:6) mübarizəni dayandırıb.
Xatırladaq ki, Ozay Qasımova iyunun 21-də klassik kamandan oxatma üzrə reytinq yarışında 586 xal toplayaraq 1/32 finala vəsiqə qazanmışdı.