Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında sabah güləş yarışlarına start veriləcək. Mübarizəyə əvvəlcə sərbəst güləşçilər başlayacaqlar.
Artıq 57 kq, 74 kq, 86 kq və 125 kq-da püşkatma mərasimi keçirilib və bu çəkilər dərəcələrində çıxış edən Azərbaycan millisinin üzvlərinin ilk rəqibləri müəyyənləşib.
Belə ki, təmsilçilərimizdən Mahir Əmiraslanov (57 kq) bolqarıstanlı Georgi Vangelovla, Hacımurad Hacıyev rumıniyalı Maksim Vasilioqlo ilə,
Aleksandr Qostiyev (86 kq) isveçrəli Stefan Reyçmutla və Camaləddin Məhəmmədov (125 kq) belaruslu Vitali Pyasnyakla üz-üzə gələcək.