Güləşçimiz ölkəmizə ilk qızıl medalı qazandıra bilər - FOTO və VİDEO

Güləşçimiz ölkəmizə ilk qızıl medalı qazandıra bilər - FOTO və VİDEO

Sərbəst güləşçilərimiz Minsk-2019-da uğurlu çıxışlarını davam etdirirlər. 57 kq çəki dərəcəsində çıxış edən Mahir Əmiraslanov yarımfinalda bütün rəqiblərini mübarizədən kənarlaşdırıb. Finala gedən yolda o, rusiyali Zavur Uquyevin də müqavimətini qıra bilib. 
Aleksandr Qostiyevin də yarımfinalda rusiyalı rəqibi Dauren Kuruqlievlə üz-üzə gəlib. Amma güləşçimiz bu görüşdə qələbəni əldən verib. 
Sərbəst güləş üzrə yığmamızın üzvü Camaləddin Maqomedov (125 kq) Givi Matçaraşvili ilə bacarmayıb. Beləliklə iyunun 25-də finala yalnız bir güləşçimiz çıxıb. Digər idmançılarımız təsəlliverici görüşlərdə qüvvələrini sınayacaqlar.