"Azərbaycana Minsk-2019 ilk qızıl medalı güləş yarışlarında qazandı. Bu qələbənin 26 İyun Silahlı Qüvvələr Gününə təsadüf etməsi hər birimizi sevindirir”.
Bu sözləri "olimnews.az” saytına açıqlamasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov bildirib. "Komandamız axır ki, qızıl medal həsrətinə son qoydu. Hər birimiz bu medalı çoxdandır ki, gözləyirdik. Nəhəyət həmin o an gəlib çatdı. Özü də belə bir gündə. Mahir Əmiraslanov 57 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Mahir Əmiraslanov 26 İyun Silahlı Qüvvələr Günündə qızıl medal qazanaraq bütün hərbiçilərimizə gözəl hədiyyə etdi. İnanıram ki, bu sonuncu qızıl medal olmayacaq. Komandamızın heyətində təcrübəli idmançıar yer alıblar. Bütün idmançılarımıza uğurlar arzulayıram”, - deyə Firdovsi Umudov bildirib.