Rəqiblərimə çox çətinliklə qalib gəldim. Hər görüşün öz çətinliyi var. Qismət elə oldu ki, bu gün iki erməni idmançıya qalib gəldim. Bu sözlər Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev jurnalistlərə açıqlamasında deyib. "Düşünürdüm ki, ikinci erməniyə də qalib gəlsəm, mənim üçün maraqlı olacaq. Bunu düşünə-düşünə ona qalib gəldim. İndi isə ən vacibi final qarşılaşmasıdır. Finaldakı rəqibim Olimpiya çempionu gürcüstanlı idmançıdır. Ona iki-üç dəfə məğlub olmuşam. Kifayət qədər güclü güləşçidir. Çalışacağam ki, bu dəfə qalib mən olum. Bu gün Azərbaycanın Silahlı Qüvvələri günüdür. İki erməni idmançı üzərindəki qələbəmi də hərbçilərimizə həsr edirəm”, - deyə Hacı Əliyev bildirib.