Bu gün Minsk-2019 II Avropa Oyunlarında qadın güləşçilər mübarizəyə qoşulacaqlar.
Azərbaycanın əsas qızıl medal ümidlərindən biri Mariya Stadnik çıxışına 1/4 finaldan
başlayacaq. Bundan başqa, səbrəst güləşçilər - Hacı Əliyev və Nurməhəmməd Hacıyev final görüşlərinə çıxacaqlar.
Azərbaycan idmançıları 7-ci yarış günündə stend atıcılığı, badminton, idman gimnastikası, eləcə də avarçəkmə yarışlarında da qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, Azərbaycan 1 qızıl, 4 gümüş və 9 bürünc medalla 17-ci sırada qərarlaşıb.