Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası olub

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası olub

28 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasın gündəliyinə iki məsələ daxil edilib:
* 2013-cü ilin II yarımilliyi üçün KİV layi
hələrinin maliyyələşdirilməsi üzrə müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi;
* Növbəti il üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə şərtlərinə yeniliklərin edilməsi.
İclası giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə gündəlkdə duran birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Vüqar Səfərli bildirib ki, 2013-cü ilin II yarımilliyi üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə qatılmaq üçün Fonda 32 redaksiyadan layihə təklifi daxil olub. Sənədlər Müşahidə Şurasının üzvlərinə təqdim edilib.
Təqdim edilmiş sənədlər ətrafında müzakirə aparan Müşahidə Şurasının üzvləri tiraj, yayım və dövrülük şərtlərini nəzərə alaraq, 31 qəzet redaksiyasına maliyyə yardımının ayrılmasına qərar veriblər.
Bir redaksiyanın ("Bütov Azərbaycan” qəzeti) sənədlərinin isə müsabiqə şərtlərinə uyğun olmadığı aşkarlanıb.
Gündəlikdə duran növbəti məsələni müzakirə edən Müşahidə Şurasının üzvləri bildiriblər ki, növbəti ildə müsabiqə şərtlərinə yeniliklər edilməsi vacibdir. Qərara alınıb ki, növbəti müsabiqə ilində müsabiqəyə qatılmaq istəyən KİV-lərin tirajının 2500, yayımının isə 1000 nüsxədən artıq olması şərtləri nəzərə alınsın. Bu barədə redaksiyalara müvafiq məlumatların verilməsi qərara alınıb.