Uşaq paralimpiya hərəkatı sahəsində əldə olunmuş təcrübə müzakirə edilib

Uşaq paralimpiya hərəkatı sahəsində əldə olunmuş təcrübə müzakirə edilib

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti ikinci Avropa Oyunları çərçivəsində Belarus Milli Paralimpiya Komitəsinin dəvəti ilə Minskdə rəsmi səfərdədir.
AMPK-nin prezidenti İlqar Rəhimov UNICEF-in Belarus Respublikasındakı nümayəndəliyinin rəhbəri Raşed Mustafa ilə görüşüb. Görüşdə Azərbaycanda uşaq paralimpiya hərəkatı sahəsində əldə olunmuş təcrübə və UNICEF-in bu məsələdə rolu haqqında məlumat verilib. Söhbət zamanı Belarus Respublikasında uşaq paralimpiya hərəkatının inkişafı sahəsində UNICEF-in bu ölkədəki nümayəndəliyinin rolu, gələcəkdə uşaqlar arasında beynəlxaq yarışların keçirilməsi geniş müzakirə edilib və bu sahədə əməkdaşlığın vacibliyi qeyd olunub.
Görüşdə Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Natiq Qasımov da iştirak edib.
Beynəlxalq təcrübədə ilk dəfə 2013-cü ildə Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb.