Qazandığım bürünc medala görə hefslənmirəm. Yarışda elə təcrübəli güləşçilər var ki, mükafatsız qalırlar. Əsas odur ki, ölkəmizə medalsız qayıtmıram.
Bu sözləri «olimpnews.az” saytına açıqlamasında ikinci Avropa Oyunlarının sərbəst güləş yarışlarının bürünc mükafatçısı Cəmaləddin Məhəmmədov bildirib.
"Bütün idmançılar Avropa Oyunlarına qızıl medal qazanmaq üçün gəlib. Bu elə bir yarışdır ki, burada zəif rəqib tapa bilmərsən. Oyunlarda iştirak edən hər bir idmançı mükafat qazanmaq üçün yüksək hazırlıq səviyyəsinə malikdir. Bu yarış mənim üçün çox çətin keçdi. Əməliyyatdan sonra bir ilədək məşq etməmişdim. Xalça üzərində cəmi iki həftəlik təlim-məşq toplanışında olmuşdum. Lakin buna baxmayaraq ölkəmizə medal qazandırmağı bacardım. Qazandığım bürünc medala görə hefslənmirəm. Yarışda elə təcrübəli güləşçilər var ki, mükafatsız qalırlar. Əsas odur ki, ölkəmizə medalsız qayıtmıram, - deyə Cəmaləddin Məhəmmədov bildirib.
Qeyd edək ki, C. Məhəmmədovun qazandığı bürünc medal Azərbaycan millisinin 14-cü mükafatı olub.