İki güləşçimiz qızıl medal şansını itirdi

İki güləşçimiz qızıl medal şansını itirdi

İyunun 29-da - Minsk 2019 ikinci Avropa Oyunların çərçivəsində yunan-Roma güləşi üzrə yarışlar başlayıb.
Yunan-Roma güləşi üzrə pəhləvanlarımızdan İslam Abbasov (87 kq), Orxan Nuriyev (97) və Sabah Şəriəti (130 kq) yarışırlar.
Orxan Nuriyev 1/8 finalda avstriyalı Qastl Daniellə üz-üzə gəlib. Lakin həmyerlimiz bu mübarizədə məğlubiyyətlə üzləşib-2:7. 
İslam Abbasov macarıstanlı Viktor Lorinçlə görüşüb. Bu mərhələdə güləşçimiz rəqibinə imkan verməyib-3:0. 
Sabah Şəriəti ilk görüşundə  xorvatiyalı Ante Milinkoviçə rəqib olub. Təmsilçimi qarşılaşmanın öz xeyirinə başa vurub - 3:0. İdmançımız növbəti görüşdə gürcüstanlı rəqibi Yakobi Kajaya ilə bacarmayıb - 4:9.