Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Minsk-2019 II Avropa Oyunlarında gümüş medal qazanıb.
87 kiloqram çəki dərəcəsində yer alan 23 yaşlı pəhləvan finalda ukraynalı Jan Belenyuka uduzub - 1:3. İlk yarıda rəqibi ondan parterdə xal alsa da, ikinci hissədə Abbasov bu imkandan yararlana bilməyib.
Qeyd edək ki, Azərbaycanın daha bir təmsilçisi - 130 kiloqram çəkidə yer alan Sabah Şəriəti təsəlliverici görüşünü qələbə ilə başa vurub. Litvalı Romas Fredrikası 3:1 hesabı ilə yenən Şəriəti bürünc medal görüşündə norveçli Oskar Marviklə üz-üzə gələcək.