Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti "Minsk 2019” II Avropa Oyunlarında bürünc medal qazanıb.
130 kq çəki dərəcəsində yer alan 30 yaşlı pəhləvan 3-cü yer uğrunda görüşdə norveçli Oskar Marvikə qalib gəlib - 3:2.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi üzrə yığması "Minsk 2019”u 2 medalla başa vurub. Daha əvvəl İslam Abbasov (87 kq) gümüş medala sahib olub.