İranın Astara şəhərində Azərbaycanın və qonşu ölkənin uşu üzrə yığma komandaları arasında keçirilən turnirə yekun vurulub.
Turnirdə ölkəmizi yeniyetmələr arasında dəfələrlə uşu üzrə Azərbaycan çempionu Amin Əlili (42 kq) və dördqat Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc mükafatçısı Elçin Eminov (60 kq) ilə yanaşı, yeniyetmə, gənc və böyüklərdən ibarət 33 idmançı təmsil edib.
Yarışlarda idmançılarımız bütün yaş kateqoriyalarında və çəki dərəcələrində mübarizə aparıblar.
Komandamız turnirdə 17 (13 qızıl, 4 gümüş) medala sahib çıxıb.
İdmançılarımız bu yarışda Azərbaycan Uşu Federasiyasının məşqçisi Elçin Eminovun rəhbərliyi ilə mübarizə aparıblar.