Liqa çempionatının final mərhələsi keçiriləcək

Liqa çempionatının final mərhələsi keçiriləcək


İyulun 3-də Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə "Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə liqa çempionatının final mərhələsi keçiriləcək.
Yarışlar 2006-cı il təvəllüdlü və daha azyaşlılar arasında təşkil ediləcək.
Liqa çempionatı üç divizionda keçirilir. Çempionatda Azərbaycanın şəhər və rayonlarından federasiyada qeydiyyatdan keçən komandalar mübarizə aparırlar.