Gənc güləşçilər sınaq ərəfəsindədirlər

Gənc güləşçilər sınaq ərəfəsindədirlər

İyulun 2-dən 7-nə qədər Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı keçiriləcək. Proqrama əsasən, iyulun 2-3-də yunan-Roma, 4-5 iyulda gənc qızlar, 6-7 iyul tarixində isə sərbəst güləş yarışları keçiriləcək.
Yunan-Roma güləşi üzrə yarışlarda ölkəmizi Ramiz Məmmədov (50 kq), Sakit Quliyev (55 kq), Elman Muxtarov (60 kq), Ruhin Mikayılov (66 kq), Hacımurad Bağmanov (74 kq), Orxan Nuriyev (84 kq), Əli Həsənov (96 kq) və Abbas Abdullayev (120 kq) təmsil edəcək. Komandaya rəhbərliyi böyük məşqçi Şaban Donat və məşqçi Akif Əliyev edəcək.
Avropa çempionatında iştirak edəcək gənc qızlar böyük məşqçi Arif Fərmanov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Makedoniyaya yollanacaqlar. Heyətdə Sahilə Ələkbərova (44 kq), Kəmalə Əliyeva (48 kq), Patimat Baqomedova (51 kq), Yarina Dubovska (55 kq), Alyona Kolesnik (59 kq), Darya Korin (63 kq), Raqnetta Qurbanzadə (67 kq) və Səbirə Əliyeva (72 kq) yer alıblar.
Sərbəst güləş üzrə gənclərdən ibarət yığma komanda isə böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında çempionatda iştirak edəcək. Heyətdə Ruslan Qasımov (50 kq), Ruslan Surxayev (55 kq), Əhmədnəbi Qvarzatilov (60 kq), Hacımurad Ömərov (66 kq), Bəxtiyar İsrafilli (74 kq), Orxan Şərifov (84 kq), Səid Həmidov (96 kq) və Ali Maqomedabirova yer verilib.
Yarışda ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək.