Badmintonçumuz beynəlxalq turnirdə iştirak edib

Badmintonçumuz beynəlxalq turnirdə iştirak edib


Badmintonçumuz Edi Reski Dviçayo Kot-d-İvuarın paytaxtı Abican şəhərində keçirilən beynəlxalq turnirdə çıxış edib.
Mübarizəyə əsas mərhələdən qoşulan badmintonçumuz onaltıdabir finalda Benin təmsilçisi Tobiloba Oyevoleyə 2:0 (21:11, 21:0) hesabı ilə qalib gəlib. E.Dviçayo səkkizdəbir finalda İtaliya badmintonçusu Fabio Kaponionu 2:0 (21:8, 21:11) hesabı ilə məğlub edib. Lakin təmsilçimiz dörddəbir finalda Şri-Lanka idmançısı Niluka Karunaratneyə 0:2 (18:21, 12:21) hesabı ilə uduzub.