Nazim Babayev Universiadanın finalında mübarizə aparacaq

Nazim Babayev Universiadanın finalında mübarizə aparacaq


İyulun 10-da Avropa çempionumuz Nazim Babayev XXX Ümumdünya Yay Universiadasının finalında çıxış edəcək. Üç təkanla tullanma üzrə Avropa çempionu olan Nazim Babayev təsnifat mərhələsində universiadada 16,36 metr nəticə göstərərək finala yüksəlib. O, bu gün Bakı vaxtı ilə saat 21:05 finalda mübarizə aparacaq.
Digər idmançımız - IV İslam Həmrəyliyi Oyunlarında dördüncü yeri tutmuş Zəkiyyə Həsənova 100 metr məsafəyə qaçış növündə çıxış edib. Təmsilçimiz təsnifat mərhələsində 11 saniyəlik nəticə ilə dördüncü olaraq mübarizəni dayandırıb.
Atletlərimiz universiadada məşqçi Ziyad Xəlfəliyevin rəhbərliyi altında çıxış edirlər.