Venesuela gözəli idman naziri oldu

Venesuela gözəli idman naziri oldu

Latınamerika gözəli Aleksandra Benites Romero idmanı çox sevir. O, qılıncoynatma üzrə ölkə çempionudur. 33 yaşlı model Aleksandra Romero buyaxınlarda Venesuelanın idman naziri təyin edilib. Qeyd edək ki, Karakas gözəli keçən il Uqo Çavesin Prezident seçkilərində ona böyük dəstək göstərmişdi. Belə çıxır ki, Prezident Venesuela gözəlinin onun üçün etdiklərinin əvəzini verir. Aleksandra Benites Romero artıq iki ildir ki, ölkənin məşhur basketbol məşqçisi Rikardo Diesin oğlu ilə evlilik həyatı yaşayır.
Xatırladaq ki, Venesuela London-2012 Yay Olimpiya Oyunlarında yeganə qızıl medalı məhz qılıncoynatma idman növündə əldə edib. Ölkə Prezidenti Uqo Çaves qılıncoynadan Ruben Qaskon Limbardonu bu qələbəsinə görə Milli Qəhrəman elan edib.