Universiadada daha bir medal

Universiadada daha bir medal

İyulun 13-də İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında bədii gimnastika üzrə final yarışları keçirilib. Çoxnövçülük üzrə yarışlarda gümüş mükafat qazanan gimnastımız Zöhrə Ağamirova, bu gün də uğurlu çıxışı ilə medal əldə edib. Təmsilçimiz gürzlərlə hərəkətinin icrasının 20.200 xalla dəyərləndirilməsi ona daha bir gümüş medal qazandırıb.
Bununla da, Azərbaycanın gimnastika komandası universiadanı qadın idman gimnastımız Marina Nekrasovanın 1 qızıl və bədii gimnastımız Zöhrə Ağamirovanın 2 gümüş medalı ilə başa vurub.