Stolüstü tennisçilərimiz Avropa çempionatında ikinci oldular

Stolüstü tennisçilərimiz Avropa çempionatında ikinci oldular

Çexiyanın Ostrava şəhərində stolüstü tennis üzrə keçirilən gənclərin Avropa çempionatının komanda oyunları başa çatıb. Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, ölkəmizi qitə çempionatında təmsil edən oğlanlardan ibarət yığmamız Belçika komandasına qalib gələrək finala yüksəlib. Final oyununda Rusiya yığmasına məğlub olan komandamız ikinci yerlə kifayətlənib.
Çempionat şəxsi oyunlarla davam edir.