Kişi şpaqaçılarımız dünya çempionatında çıxışını başa vurublar

Kişi şpaqaçılarımız dünya çempionatında çıxışını başa vurublar

Qılıncoynadanlarımız Kənan Əliyev və Ruslan Həsənov Budapeştdə keçirilən dünya çempionatında kişi şpaqaçıların şəxsi kateqoriyasında iştirak ediblər.
Qrup mərhələsində keçirdiyi beş görüşdən ikisini qələbə ilə başa vuran K.Əliyev pley-offda Rusiya təmsilçisi Nikita Qlazkova 4:15 hesabı ilə uduzub. Qrupda keçirdiyi altı görüşdən üçündə qələbə qazanan R.Həsənov isə pley-offda çexiyalı Jiri Berana 7:15 hesabı ilə məğlub olub.