FHN-in İdman-Sağlamlıq Klubunun kompleksi Bakı-2019-a hazırdır

FHN-in İdman-Sağlamlıq Klubunun kompleksi Bakı-2019-a hazırdır

İyulun 21-27-də Bakıda təşkil olunacaq XV Avropa Gənclər Olimpiya Festivalının voleybol yarışları iki arenada – Voleybol Mərkəzində və Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubunun kompleksində keçiriləcək. Kompleks artıq bu mötəbər idman yarışının keçirilməsinə hazırdır.
Gənclər və İdman naziri Azad Rəhimov və təşkilat komitəsinin nümayəndələri FHN-in İdman-Sağlamlıq Klubunun bazasına gələrək
hazırlıq işləri ilə yaxından tanış olublar. Arenanın bu mötəbər yarışa hazırlıq səviyyəsi yüksək qiymətləndirilib.
Qeyd edək ki, FHN-in İdman-Sağlamlıq Klubunun kompleksi cəmi altı aydır fəaliyyət göstərməsinə baxmayaraq, bir sıra idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edib. Avropa Gənclər Yay Olimpiya Festivalının proqramına daxil olan voleybol idman növünün FHN-in İdman-Sağlamlıq Klubunun kompleksində keçirilməsi bu arenanın ən müasir beynəlxalq standartlara cavab verməsinin göstəricisidir.