Paralimpiyaçımız Tokio-2020-ə lisenziya qazanıb

Paralimpiyaçımız Tokio-2020-ə lisenziya qazanıb

Azərbaycanlı paralimpiyaçılar Tokio-2020 Paralimpiya Oyunlarına ilk lisenziyanı qazanıblar.
Pouerliftinq üzrə Azərbaycanın paralimpiya yığma komandasının üzvü Elşən Hüseynov Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına lisenziyasını təmin edib. Belə ki, Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən para-pauerliftinq üzrə dünya çempionatında idmançımız 107 kiloqram çəki dərəcəsində 217 çəki qaldırıb. O, bu nəticə ilə Paralimpiya Oyunlarına lisenziya qazanıb. Dünya reytinqində dördüncü olan idmançımız mövqeyini daha da möhkəmləndirib.