Qadın qılıncoynadanlarımız dünya çempionatında

Qadın qılıncoynadanlarımız dünya çempionatında

Macarıstanın Budapeşt şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatının 6-cı günündə qadın sablyaçıların şəxsi yarışında əsas mərhələyə yekun vurulub.
Sablyaçılarımızdan Anna Başta 1/32 finalda Almaniya təmsilçisi Li Krugerə 15:10 hesabı ilə qalib gəlib. Anna növbəti mərhələdə İtaliya idmançısı İren Vecci üzərində 15:7 hesablı qələbə qazanmaqla dünyanın 16 ən güclü qadın sablyaçısı sırasına yüksəlib. Anna Başta 1/8 finalda fransalı Sesiliya Berderə 11:15 hesabı ilə uduzub. Anna dünya çempionatında 150-dən çox qadın sablyaçı arasında 13-cü olub. Digər sablyaçımız Valeriya Bolşakova isə 1/32 finalda İtaliya sablyaçısı Rossella Qreqorioya 10:15 hesabı ilə məğlub olub. Valeriya dünya çempionatını 45-ci sırada başa vurub. Digər sablyaçımız Səbinə Kərimova isə 1/32 finalda çinli Yaqi Şaoya 6:15 hesabı ilə uduzub. Səbinə yekun sıralamada 56-cı sırada qərarlaşıb.