Beynəlxalq turnirdə uğurlu nəticə

Beynəlxalq turnirdə uğurlu nəticə


Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Qananın paytaxtı Akkra şəhərində keçirilən "2019 JE Wilson International Series” turnirində gümüş medal qazanıb.
Finala kimi uğurla irəliləyən idmançı son qarşılaşmasında məğlub olub.
Hindistanlı Kiran Corc təmsilçimizə 2:0 (25:23,21:19) hesabı ilə qalib gəlib. Gümüş medal Edi Reski Dviçayo 2130 reytinq xalı qazandırıb.