Bakı-2019: Atletika yarışlarında növbəti sınaq - VİDEO
11:05 23.07.2019
12813
İyulun 23-də Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçirilən Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının ikinci günündə start verilib.
Yarışlarının səhər sessiyasında atletlər 400 metr məsafəyə qaçış, 400 metr məsafəyə maneələrlə qaçış, uzunluğa tullanma, çəkicatma və çoxnövçülük növlərində mübarizə aparırlar.
Azərbaycan idmançıları atletikanın müxtəlif növlərində qüvvələrini sınayıblar. Qızların uzunluğa tullanma yarışlarında təmsilçimiz Ləman Hüseynova 5.26 m nəticə ilə 17-ci yeri tutub.
Qeyd edək ki, axşam sessiyasında 100, 1500, 3000 metr məsafəyə qaçış, 110 metr məsafəyə maneələrlə qaçış, şüvüllə tullanma, uzunluğa tullanma, nüvəitələmə və çoxnövçülük yarışlarının final mərhələləri keçiriləcək.