Bakı-2019: Güləşçilərimiz qızıl medalları sıralayır - VİDEO

Bakı-2019: Güləşçilərimiz qızıl medalları sıralayır - VİDEO

Yunan-Roma güləşçisi Xasay Həsənli (65 kq) 
ölkəmizə daha bir qızıl medal qazandıran idmançılar arasında yer alıb. Finalda ukraynalı rəqibinə qalib gəlib. İdmançımız görüş ərzində hesabda geri olmasına baxmayaraq, sonda qələbəni əldən verməyib-2:3. Xatırladaq ki, Xasay Həsənli təsnifat mərhələsində yunanıstanlı Fotios Bukisə (7:0), səkkizdəbir finalda finlandiyalı Kasperi Kauhanenə (3:1), dörddəbir finalda isveçrəli David Loherə (10:2) qalib gələrək yarımfinala adlayıb. Yarımfinalda ukraynalı Marian Holubovskini 7:4 hesabı ilə məğlubiyyətə uğratmışdı.