Avropa Gənclər Olimpiya Festivalında medal qazandığım üçün çox sevinirəm. Qələbəmdə əziyyəti olan hər kəsə minnətdarlığımı bildirirəm.
Bu sözləri Olimpiyadunyasi.com saytına açıqlamasında Avropa Gənclər Olimpiya Festivalının yunan-Roma güləşi üzrə qızıl medalçısı Xasay Həsənli (65 kq) bildirib.
"Yarışlar yüksək səviyyədə təşkil olunub. Burada idmançılar üçün hər cür şərait yaradılıb. Bakı-2019-a yüksək səviyyədə
hazırlaşmışdım. Yarışa əsas hazırlıqlarımız Göygöl Olimpiya İdman Kompleksində keçmişdi. Festivalda mükafatçılar sırasında yer alacağıma əmin idim. Düzdür, yarışlar o qədər də asan olmadi. Əsas rəqibim almaniyalı idmançı idi. Çox gərgin görüş oldu. Lakin sonda rəqibimə qalıb gələrək Bakı-2019-un qızıl medalına sahib çıxdım. Qələbəmdə əziyyəti olan hər kəsə minnətdarlığımı bildirirəm. Bu medalın. karyeramda əhəmiyyəti çox böyükdür. Çalisacağam ki, gələcək yarışlarda da uğurumu davam etdirim", - deyə Xasay Həsənli bildirib.