Cəbrayıl Qadcıyev: "Qızıl medal qazandığım üçün çox sevinirəm" -VİDEO

Cəbrayıl Qadcıyev: "Qızıl medal qazandığım üçün çox sevinirəm" -VİDEO

Finalda çox çətinliklə qalib gəldim. Hətta hesabda geridə idim. Lakin sonda hadisələrin axarını dəyişməyi bacardım və qızıl medala layiq görüldüm bu sözləri "Olimpiyadunyasi.com" saytına açıqlamasında güləş yarışlarının qalibi Cəbrayıl Qadcıyev deyib. 
Komandamızın aktivinə daha bir qızıl medalı yazdırdığım üçün çox sevinirəm. Bu mənim karyeramın ən böyük uğurudur. Final görüşü  çox çətin keçdi. Hesabda  geridə idim. Lakin son saniyələrdə rəqibin səhvindən yararlandım və qalib gəldim.   

 Qızıl medal  qazandığım üçün çox sevinirəm", - deyə Cəbrayıl Qadciyev bildirib.