Oğlan tennisçilərin fərdi yarışlarında 1/4 finalın iştirakçıları müəyyənləşib

Oğlan tennisçilərin fərdi yarışlarında 1/4 finalın iştirakçıları müəyyənləşib


İyulun 24-də XV Avropa Gənclər Olimpiya Festivalının tennis yarışlarının dördüncü günündə oğlanlar arasında səkkizdəbir final mərhələsinə yekun vurulub.
Bakı Tennis Akademiyasında keçirilən yarışlarda çexiyalı Mattev Villiam Donald türkiyəli Toqan Tokaçı 2:0 (6:2, 6:3), çexiyalı Hinek Barton isveçrəli Till Brunneri 2:0 (6:1, 6:0) hesabı ilə məğlub edib. Səkkizdəbir finalın digər görüşlərində ispaniyalı Daniel Merida almaniyalı Oliver Olssonu 2:0 (6:3,6:0), latviyalı Vilius Qaubas estoniyalı Andreas Sillasteni 2:0 (6:4,6:3), rumıniyalı Andrey Voykan rusiyalı Nikita Boçkarevi 2:0 (6:3, 6:1), italiyalı Nikkolo Çiavarella israilli Ron Elluku 2:0 (6:0, 6:1) hesabı ilə məğlubiyyətə uğradıblar. Digər qarşılaşmalarda isə belçikalı Noah Merre portuqaliyalı Daniel İvanovu 2:0 (6:2, 6:3), italiyalı Daniele Miniçini rumıniyalı Alin Fatunu 2:0 (6:1, 6:4) mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəliblər.