Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu



Xəbər verdiyimiz kimi, Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir. Azərbaycan Güləş Federasiyasından olimpnews.az-a verilən məlumata görə, təmsilçimiz Sakit Quliyev (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib və Avropa çempionu titulunu qazanıb.
Qeyd edək ki, 
1/4 finalda vəsiqə güləşçimizin rəqibi Rusiya təmsilçisi Aram Akopyan olub. Sakit Quliyev tam üstünlüklə (5:0) rəqibinin dizini yerə vurub.

 
Yeniyetmə güləşçilərimiz Ruhin Mikayılov və Orxan Nuriyev (84 kq) isə bürünc mükafatla kifayətlənməli olublar. Beləliklə, 2 günlük yarışmaların nəticələrinə görə, Azərbaycan güləşçiləri bir qızıl, bir gümüş və 3 bürünc medal qazanıblar.
Xatırladaq ki, Avropa çempionatının gümüş medalını Sinqapur-2010 Olimpiadasının qalibi Elman Muxtarov (60 kq) qazanıb. Yarışın ilk günündə 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Ramiz Məmmədov isə bürünc medala sahib olmuşdu.


olimpnews.az