Triatlonçumuz qitə çempionatında üçüncü oldu

Triatlonçumuz qitə çempionatında üçüncü oldu


Triatlon üzrə Azərbaycan millisinin üzvü Rostislav Pevtsov Kazanda keçirilən sprint üzrə Avropa çempionatında bürünc medal qazanıb.
Bu, cari mövsümdə R.Pevtsovun artıq üçüncü medalıdır. İdmançımız Pontevedra şəhərində keçirilən akvatlon üzrə dünya çempionatında qızıl medal qazanıb. Daha sonra təmsilçimiz Avropa kuboku yarışlarında ikinci olub.
Hazırda Azərbaycan təmsilçisi Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün mübarizə aparır. Bu baxımdan Kazanda sprint üzrə Avropa çempionatı müəyyən mənada 2020-ci ilin Olimpiya Oyunlarına hazırlıq olub.
Qadınların mübarizəsində isə komandamızın üzvü Kseniya Levkovskaya 6-cı olub.