Səbirə Əliyeva Avropa çempionatının qızıl medalını qazanıb

Səbirə Əliyeva Avropa çempionatının qızıl medalını qazanıb



Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir. Azərbaycan Güləş Federasiyasından olimpnews.az-a daxil olan məlumata görə, çempionatın dördüncü günündə 48 kq, 55 kq, 63 kq və 72 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıblar.
Yarışda 72 kq çəki dərəcəsində çıxış edən Səbirə Əliyeva dörddə bir finaldan mübarizəyə qoşulub. Ukrayna təmçilçisi Lyudmila tiçinanı məğlub edən S.Əliyeva yarımfinala vəsiqə qazanıb. Təmsilçimiz Polşa idmançısı Anna Urbanoviçi də mübarizədən kənarlaşdıraraq finna yüksəlib. Həlledici görüşdə güləşçimiz macarıstanlı Yanet nemeti də məğlub edərək Avropa çempionu adını qazanıb.

olimpnews.az