Cıdır yarışlarının qalibləri müəyyənləşib

Cıdır yarışlarının qalibləri müəyyənləşib


Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə növbəti cıdır yarışları keçirilib. Yarışda Qarabağ, Dilbaz, ərəb və ingilis atlar 3 kateqoriyada öz güclərini sınayıblar.
4 yaşdan yuxarı ingilis atların yarışdığı 1600 metr məsafədə birinci qaçışın nəticəsinə görə, "Butsefal” ləqəbli at fərqlənib.
İkinci yarış 3 yaş və yuxarı ərəb atları arasında 2000 metr məsafəyə qaçış uğrunda keçirilib. Bu dəfə "Renessans-Tersk” ləqəbli at birinci yeri tutub.
Dörd yaş və yuxarı Qarabağ və Dilbaz atların 2400 metr məsafəyə yarışında isə "Qaradağ” ləqəbli at bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, yarışların ümumi mükafat fondu 8 min 700 manat təşkil edib.