Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək. İlin ən vacib yarışı olan dünya çempionatı Olimpiadaya lisenziya xarakteri daşıyır.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, güləşçilərimiz mundiala intensiv şəkildə hazırlığı davam etdirirlər. Bu həftə komandalarımız növbəti təlim-məşq toplanışına başlayıb. Yunan-Roma və sərbəst güləş üzrə yığmalarımız avqustun 12-dən Göygöl Olimpiya İdman Kompleksində növbəti hazırlığa start verib. Bu toplanışda Qırğızıstanın yunan-Roma güləşi üzrə yığması da iştirak edir. Qadınlarımız isə bu gündən Türkiyə toplanışına başlayıb. Komandamız Türkiyə yığması ilə birgə Sarıyer şəhərində hazırlıq keçir.