Avstraliyalı tennisçi dünya reytinqində ikincidir

Avstraliyalı tennisçi dünya reytinqində ikincidir

Dünyanın ikinci raketkası, avstraliyalı Eşli Barti ABŞ açıq çempionatının (US Open) dördüncü dövrəsində Çin nümayəndəsi Van Syana uduzub. Yarışlar Nyu-Yorkda Milli Tennis Mərkəzinin kortlarında keçirilib.
Görüş 6:2, 6:4 hesabı ilə 27 yaşlı Çin nümayəndəsinin xeyrinə başa çatıb. Van Syan dörddəbir finalda amerikalı Serena Ulyams və xorvat Petra Martiç matçının qalibi ilə qarşılaşacaq. Matç sentyabrın 8-də keçiriləcək.
23 yaşlı Barti Qadın Tennis Assosiasiyasının (WTA) reytinqində ikinci yeri tutur. O, karyerası ərzində WTA turnirlərinin fərdi yarışlarında 6 qələbə qazanıb. Avstraliyalı 2019-cu ildə Fransa açıq çempionatının qalibi olub. Van Syanın WTA seriyasından olan turnirlərdə iki qələbəsi var. O, "Böyük dəbilqə” seriyasında turnirin dörddəbir final mərhələsinə ilk dəfə çıxıb.
ABŞ açıq çempionatı 1881-ci ildən, qadınların fərdi yarışları 1887-ci ildən keçirilir. "US Open” "Böyük dəbilqə” turnirləri mövsümündə dördüncü və sonuncu yarışdır. Bu il turnirin mükafat fondu rekord məbləğə - 57 milyon dollara çatıb. Yarışlar sentyabrın 8-də başa çatacaq.