Bu gün Qətərin paytaxtı Dohada atletika üzrə dünya çempionatı start götürüb. Yarışda 209 ölkədən 1928 idmançı iştirak edir. Bu atletlərin 1039-u kişi, 889-u qadındır. Ötən il keçirilən dünya çempionatında qalib olan 44 atletdən 38-i bu il bir daha gücünü sınayır.
Dünya çempionatında ölkəmizi baş məşqçi Bəhruz Salehlinin rəhbərliyi altında Nazim Babayev, Aleksis Kopello (üçtəkanla tullanma), Anna Skidan (çəkicatma) və Evans Kiplaqat (marafon) təmsil edir.