“Nəhənglərimiz” Avropa birinciliyində mübarizəyə başlayırlar

“Nəhənglərimiz” Avropa birinciliyində mübarizəyə başlayırlar

Bu gün Macarıstanın paytaxtı Budapeştə sumo üzrə Avropa birinciliyinə start verilib.
Qitə birinciliyində Azərbaycanı Məhərrəm Eyvazov, Nahid Vəliyev, Əli Süleymanov, Hüseyn Hüseynov, Elcan Tarverdiyev və Ağamalı Abdulov təmsil edəcəklər. Komandamız yarışlarda Samir Abdullayevin rəhbərliyi altında mübarizə aparacaq.
Qeyd edək ki, yarışlarda hakim Rəsul Həsənov ədaləti qoruyacaq.