Gimnastımız Dünya kuboku yarışlarının qalibi olub

Gimnastımız Dünya kuboku yarışlarının qalibi olub


Rusiyanın Xabarovsk şəhərində batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışları keçirilib. Turnirin tamblinq üzrə yarışlarında yeganə təmsilçimiz Mixail Malkin ən yüksək göstəriciyə nail olub. Gimnastımız bütün rəqiblərini geridə qoyaraq, 76.300 xalla qızıl medal qazanıb.