İsveçrəli tennisçi Tokio Olimpiadasında iştirak edəcək

İsveçrəli tennisçi Tokio Olimpiadasında iştirak edəcək

İsveçrəli tennisçi, 20 dəfə "Böyük dəbilqə” turnirlərinin qalibi Rojer Federer Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcəyini açıqlayıb.
38 yaşlı idmançı beynəlxalq qurumun televiziya kanalına verdiyi müsahibəsində bu barədə məlumat verib.
"Dizimdəki zədə səbəbindən Rio-2016 Olimpiadasında şansımdan istifadə edə bilmədim. Tokio-2020 Olimpiadasında iştirak etməyi çox istəyirəm. Bunu zaman göstərər. Bundan sonra hadisələrin necə cərəyan edəcəyini bilmirəm. İşlər istədiyim kimi gedərsə Olimpiadada iştirak edəcəyəm”, - deyə R.Federer bildirib.
Qeyd edək ki, isveçrəli tennisçi Pekin-2008 Olimpiadasında cütlüklərin yarışında Stan Vavrinka ilə birlikdə Olimpiya çempionu adına layiq görülüb. O, "London 2012” Olimpiadasında isə fərdi yarışlarda ingiltərəli Andrey Murreyə uduzaraq gümüş medalla kifayətlənməli olub.