Gimnastika yarışları bu dəfə Sumqayıtda

Gimnastika yarışları bu dəfə Sumqayıtda

Gimnastika üzrə ilin sonuncu yerli yarışı Sumqayıtda təşkil olunacaq. Sumqayıt noyabrın 15-16-da dörd gimnastika növü - kişi və qadın idman gimnastikası, akrobatika və aerobika üzrə yarışlara ev sahibliyi edəcək.
Kişi və qadın idman gimnastikası üzrə 26-cı Azərbaycan çempionatı və Bakı birinciliyi, akrobatika üzrə 26-cı ölkə və paytaxt çempionatı və aerobika üzrə 5-ci Azərbaycan çempionatı və Bakı birinciliyi Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək. İlkin qeydiyyat siyahısına əsasən yarışlarda Bakı klubları ilə yanaşı, Sumqayıt, Balakən və Şabran təmsilçiləri də qalib olmaq üçün mübarizə aparacaqlar.